COP29

ŞOK AÇIQLAMA: “Kluba normal sponsor gəlsin, mən vəzifəmdən getməyə hazıram”

2 İyul 20:00 Kəpəz 2 591
ŞOK AÇIQLAMA: “Kluba normal sponsor gəlsin, mən vəzifəmdən getməyə hazıram”

«Mən klubun yaxşı gələcəyi naminə öz vəzifəmdən getməyə hazıram».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

O, normal sponsor gələcəyi təqdirdə, Gəncə təmsilçisində tutduğu vəzifə ilə vidalaşacağını çəkinmədən söyləyib.

Bildirib ki, iş adamları və şirkətlərin məhz ona görə «Kəpəz»dən üz çevirməsi haqda yayılan iddialar həqiqəti əks etdirmir:

«Bunlar hamısı boş-boş söz-söhbətlərdir. Neçə ildir «Kəpəz»dəyəm, hələ indiyədək görməmişəm ki, bir nəfər real adam çıxsın və kluba kömək etsin.

Çox adamla danışıqlar olub, elə vədlər verib ki….

Bəzən mənə elə gəlib, hər şey bitdi, söhbətimiz tutdu, sabah super klub olacağıq. Amma vaxtı çatıb, görmüşəm ki, yox, deyilənlər quru sözdür.

Bunlar məni də yorub. Açığı, vəziyyətin belə getməsini istəmirəm.

Axı nə qədər olar?! İki ildir Premyer Liqaya qayıtmışıq və hər mövsümdən qabaq deyirlər ki, «Kəpəz» aşağı düşəcək.

Çempionatda qalmaq üçün min əzab-əziyyətə qatlaşmışıq. Çətinliklərimiz çox olub, yalnız AFFA-nın və dostlarımızın sayəsində bu ağır işin öhdəsindən gəlmişik.

Məni nə vaxtdır bir sual düşündürür - bu çətinliklər nə vaxt qurtaracaq? Şəxsi imkanlarım o qədər geniş deyil ki, hər dəfə problemlərin həllinə pul xərcləyim.

Real bir nəfər olsa, gəlib desə ki, mən «Kəpəz»ə filan qədər vəsait ayırmağa hazıram, gedərəm. Təbii ki, mən burada 300-400 min manatdan danışmıram.

Bu, Premyer Liqa üçün olduqca kiçik məbləğdir. Heç olmasa, iki-üç milyon əlavə vəsait olmalıdır ki, «Kəpəz» çempionatda normal çıxış eləsin».

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO