COP29

Bu gün daha bir legioner əsas komandadan uzaqlaşdırıldı - SON DƏQİQƏ

13 Oktyabr 16:05 Kəpəz 4 984
Bu gün daha bir legioner əsas komandadan uzaqlaşdırıldı - SON DƏQİQƏ

«Kəpəz»in baş məşqçisi Azər Bağırov bu gün yeni qərar verib.

Onun göstərişi ilə Redon Mihana əsas komandadan uzaqlaşdırılıb.

Çalışdırıcı rəqabəti uduzan və forma şansı qazanmayan albaniyalı legionerdən bu yolla imtina edib. Yarımmüdafiəçi indən belə əvəzedici heyətin düşərgəsində yer alacaq.

Mihanaya müqaviləni pozmaq təklif olunub. Çağırışla razılaşmayıb. Anlaşmaya ikitərəfli qaydada xitam vermək üçün yüksək təzminat tələb eləyib.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsində "Erzeni"nin formasını geyinib. Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.

Fəqət, o, gözləntiləri doğrultmayıb. Premyer Liqanın arxada qalan bölümündə olduqca pis təsir bağışlayan Mihanaya müqavəni qarışılıqlı razılıq əsasında pozmaq təklif olunub.

"Kəpəz" avqustun 22-də düşərgəyə cəlb olunan Keverton Resende Markolino ilə də yolları ayırmağı lazım bilib.

23 yaşlı yarımmüdafiəçi ilə imzalanmış "1+1" illik müqavilə pozulub.

Son olaraq vətənində "Hersilio Luz"un şərəfini qorumuş “sambaçı” məşqlərdə özünü pis göstərdiyi üçün yeni baş məşqçi Azər Bağırovun etimadını tez itirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti