Böyük şəhərin klubuna yeni sponsor gəldi: hər şey dəyişir, iddia artır… VİDEO

25 Fevral 14:40 Kəpəz 2 818
Böyük şəhərin klubuna yeni sponsor gəldi: hər şey dəyişir, iddia artır… VİDEO

"Bundan sonra "Kəpəz"dən gözləntilər böyüyəcək".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Gəncə klubunun yeni reallıqlarından danışıb.

Bildirib ki, Nizami yurdunun təmsilçisi uzun müddətdən sonra sponsor çalışmalarında irəliləyiş əldə edib, beləliklə, maliyyə problemlərindən xilas olub.

Tanınmış teleşərhçi deyib ki, "Kəpəz"i himayəsinə götürən şirkət kifayət qədər iddialıdır və klubun əvvəlki şöhrətini geri qaytarmaq niyyətindədir.

Abbasov "sarı-göylər"in Premyer Liqada qalacağı təqdirdə, növbəti mövsümdə yüksək yerlər uğrunda mübarizə aparacağını söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti