COP29

Azərbaycanlı baş məşqçi bahalı evdən və benzin pulundan İMTİNA ETDİ!

15 Sentyabr 14:00 Kəpəz 2 737
Azərbaycanlı baş məşqçi bahalı evdən və benzin pulundan İMTİNA ETDİ!

Yaxınlarda «Kəpəz»in baş məşqçisi təyin edilən Azər Bağırov Gəncədə bahalı evdə yaşamaqdan imtina edib.

Hər formada kluba yardımçı olmağa çalışan mütəxəssis onun üçün 1000 manatlıq mənzil kirayələnməsinə razı olmayıb.

Adil Şükürovdan fərqli, bu təklifi geri çevirən sükançı köməkçisi işləyən qardaşı Araz Bğırovla bir yerdə yaşamağa üstünlük verib.

O, həmçinin şəxsi avtomobildən istifadəyə görə nəzərdə tutulmuş 150 manat miqdarında benzin pulunu da götürməyib.

Bağırov ilk günlərdə də klubun büdcəsinə qənaət edib. İki illik müqaviləyə imza atmış çalışdırıcı maliyyə sarıdan sıxıntılar yaşayan «sarı-göylər»i hər ay 10 min manat irəli salıb.

Özünün və köməkçiləri üçün nəzərdə tutulmuş ümumi maaş fondunu bu qədər aşağı salıb. Özündən əvvəlki çalışdırıcıdan fərqli olaraq, pul davası etməyən Bağırov həmin vəsaitin digər problemlərin həlli üçün xərclənməsini istəyib.

Sabiq "Araz-Naxçıvan"lı mövsümün sonunadək 6500 manat civarında əməkhaqqı alacaq. Bu isə Premyer Liqada ən aşağı göstəricidir.

Yəni ki, elitanın 10 iştirakçısı arasında ondan aşağı məvacib alan olmayacaq.

Müqayisə üçün deyək ki, Azər Bağırovdan öncə «Kəpəz»i çalışdıran Adil Şükürovun məvacibi 9000 manat təşkil edib.

Klub rəhbərliyi qeyri-qənaətöəxş nəticələrə görə müqaviləsinə birtərəfli qaydada xitam verdiyi sükançıya 20 min manata yaxın təzminat ödəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!