Azərbaycanlı nazir “Lənkəran”ın fəaliyyəti ilə tanış oldu - FOTOLAR

4 Fevral 2024 04:00 Karate 943
Azərbaycanlı nazir “Lənkəran”ın fəaliyyəti ilə tanış oldu - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov Lənkəran şəhərinə səfəri çərçivəsində “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub.

Sportinfo.az xəbər verir ki, nazir idman zalına baxış zamanı buradakı şərait və qarşıda duran işlərlə maraqlanıb.

O, klubun təsisçisi olan Vətən müharibəsi veteranı Vəliəhəd Vəliyev və məşqçi Şakir Vəliyevlə fikir mübadiləsi aparıb.

F.Qayıbov, həmçinin idmançıların məşq prosesini izləyib, onlarla söhbət edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Mart 03:50 "Neftçi" kimə uduzdu?