Azərbaycan Karate Federasiyasının (AKF) İdarə Heyətinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.
Bildirilib ki, təkcə dekabrda 3 seminar təşkil olunub və bu tədbirlərdə ümumilikdə 92 məşqçi-müəllim iştirak edib.
İclasda həmçinin AKF-nin regionlar üzrə nümayəndəliklərinin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə olunub. Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə AKF rəhbərliyinə təqdim ediləcək.
Toplantıda AKF-də fəxri prezidentlik institutunun yaradılması da müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib.
İclasın sonunda tamamlanma mərhələsində olan qurumun rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.