COP29

Federasiyanın İdarə Heyətinin iclasında hansı məsələlər müzakirə olundu?

1 Mart 03:00 Karate 522
Federasiyanın İdarə Heyətinin iclasında hansı məsələlər müzakirə olundu?

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 2024-cü ilin vahid təqvim planında keçirilməsi nəzərdə tutulan yarışların təşkili müzakirə olunub.

Həmçinin struktur qurumların - federasiyaların fəaliyyətinin yüksəldilməsi, vahid diplom, sertifikat layihələrinin təsdiqi, dan kəmər, dərəcə imtahanlarının tələb olunan qaydalarda keçirilməsi, məşqçi-müəllim heyətinin sertifikatlaşdırılmasının davam etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda müzakirələrin nəticəsinə uyğun müvafiq qərarlar qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 10:40 "Qarabağ"la bağlı QƏRAR