"Çox xoşbəxtəm".
Sportinfo.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında finala yüksələn Azərbaycan karateçisi İrina Zaretska şəxsi instaqram hesabında yazıb.
68 kq çəki dərəcəsində mübarizə aparan idmançı keçirdiyi bütün görüşlərdən həzz aldığını bildirib.
Zaretska yanında olan, ona dəstək verən və kömək edən hər kəsə təşəkkür edib.
Azərbaycan təmsilçisi oktyabrın 28-də finalda İsveçrə idmançısı Yelena Quriçlə üz-üzə gələcək. O, 2018 və 2021-ci illərdə keçirilən dünya çempionatlarında qızıl medal qazanıb.