Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Braziliyaya dəvət olunub.
Sportinfo.az xəbər verir ki, 38 yaşlı idmançı oktyabrın 15-də Ribeyrao-Preto şəhərindəki Albert Sabin məktəbində xüsusi məşq keçəcək.
Bu barədə "Revide" nəşri məlumat yayıb.
Braziliyanın karate komandasının məşqçisi Rikardo Aqiar təcrübəli Ağayevin şəhərə səfəri ilə bağlı açıqlama verib:
"Onun səviyyəsində bir idmançını gətirə bilmək böyük şərəfdir. Bu, Ribeyrao-Pretonun beynəlxalq tədbirlərə necə hazır olduğunu bir daha göstərir.
Onun gəlişi region idmançılarının peşəkar inkişafı baxımından unikal fürsətdir".