“Karateçilərimiz III Avropa Oyunlarında iki qızıl və bir bürünc medal qazandılar. Buna görə çox xoşbəxtəm”.
Sportinfo.az xəbər verir ki, bunu III Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi İrina Zaretska deyib.
Avropa Oyunlarının ikiqat qalibi qeyd edib ki, final görüşü onun üçün çox prinsipial idi:
“Son saniyələrdə dönərək ayaqla vurduğum zərbə mənə qələbə qazandırdı. Bakıdakı Avropa Oyunlarında da belə olmuşdu”.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq.
İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan “Krakov 2023”-də 13 növdə 86 idmançı ilə təmsil olunur.