![Ağayev “Combat"ın 4-cü mövsümündə: 4-cü döyüş gecəsində qələbə](https://www.sportinfo.az/media/2022/07/03/1656232920.jpg)
Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti döyüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, peşəkarlar arasında "Karate Combat"da mübarizə aparan idmançı 4-cü mövsümün 4-cü döyüş gecəsində qüvvəsini sınayıb.
75 kq çəki dərəcəsində çıxış edən Ağayevin 3-cü sınağı ABŞ-ın Orlando şəhərində baş tutub.
5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı fransalı Davi Dona ilə görüşüb. Hakimlərin qərarı ilə qalib gələn Rafael 3-cü qələbəsini qazanıb.
Ağayev "Karate Combat"da Dominikan təmsilçisi Dionisio Qustavo və Macarıstan idmançısı Jolt Habdaya qalib gəlib.