"İndi bütün nailiyyətlərimə görə Azərbaycana çox minnətdaram!"
Sportinfo.az xəbər verir ki, bu sözlər karate üzrə Azərbaycan yığmasının üzvü İrina Zaretskaya məxsusdur.
Ukrayna kökənli xanım idmançı deyib ki, onu başqaları ilə müqayisə etməyə dəyməz:
"Çünki onların heç biri mənim yerimdə deyildi. Məndə real təklif və imkanlar var idi.
Mən burada mükəmməl karyera qura və Azərbaycanı öz səviyyəmdə maksimum dərəcədə təmsil edə bildim. Gələcəkdə də bunu layiqincə edəcəm".