COP29

"Atamın ruhu qarşısında ona bir borcumu ödəmiş oldum" - VİDEO

5 Avqust 08:30 İtaliya 863
"Atamın ruhu qarşısında ona bir borcumu ödəmiş oldum" - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun oğlu Davud Həşimov 4 xarici ölkədə yerləşən 7 universitetdən qəbul alıb.

Davud Həşimov uşaqlıqdan kompüter sahəsinə marağı olduğunu bildirib.

Onun sözlərinə görə, 8-9-cu siniflərdən bu peşəyə yiyələnmək üçün çalışıb:

“Artıq 3 ildir ki, xarici universitetlərə hazırlaşırdım. Qəbul xəbəri alanda sevinc hissi keçirdim. Atamın ruhu qarşısında ona bir borcumu ödəmiş oldum.

Bu uğuru qazandığıma görə, ən çox anama və atama borcluyam. Atam mənə bu yolu göstərib. Onun ruhunun qarşısında baş əyirəm”.

Qeyd edək ki, Davudun kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…