"Qarabağ"ın forvardı Musa Qurbanlı son iki oyunda hücum xəttindəki məhsuldarlığı ilə seçilir.
Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu Premyer Liqanın 3-cü turundan "Şamaxı" ilə təxirə salınmış matçda komandasının qələbə qolunu vurub.
Matçın son saniyələrində - 90+4-cü dəqiqədə rəqib qapısına yol tapan futbolçu "Qarabağ"a 3 xal qazandırıb.
M.Qurbanlı Misli Premyer Liqasının 17-ci turunda "Sumqayıt"la oyunda (5:0) isə dubl etmişdi.
Göründüyü kimi, iyun ayında "Yurqorden"dən (İsveç) "Qarabağ"a qayıdan Musa 6 oyunda fərqlənə bilməsə də, son iki matçda 3 qol vurmağı bacarıb.
Azərbaycan millisinin də üzvü olan futbolçu bu mövsüm Premyer Liqada meydana çıxdığı 8 oyunda 2 qol ötürməsi də edib.