COP29

Soyğunçular əfsanəvi futbolçunu döydü, ailəsini otağa saldı - Evini qarət etdilər

22 İyun 18:40 İtaliya 876
Soyğunçular əfsanəvi futbolçunu döydü, ailəsini otağa saldı - Evini qarət etdilər

Əfsanəvi italiyalı futbolçu Roberto Bacconun evi qarət olunub.

Sportinfo.azxarici KİV-ə istinadən xəbər verir ki, hadisə onun Viçensa əyalətindəki evində baş verib.

Bacconun evinə silahlı naməlum şəxslərdən ibarət dəstə girib. O, quldurlardan biri ilə əlbəyaxa olub.

efsanevi-futbolcunun-evi-qaret-olundu

Ancaq əfsanəvi futbolçunun başına tapançanın qundağı ilə zərbə endirilib.

Bundan sonra oğrular Bacco və ailə üzvlərini evin bir otağına salaraq qapını bağlayıblar. Soyğunçular evdən qızıl-zinət əşyaları, pul götürüblər.

İtaliya millisində çıxış etmiş Roberto Bacco 1993-cü ildə “Qızıl top”u qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO