“Milan”ın hücumameyilli yarımmüdafiəçisi Kristian Pulişiç İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” amerikalı futbolçu ilə maraqlanır.
“Qırmızılar” Pulişiçi hücumda Məhəmməd Salahı əvəz edə biləcək oyunçu kimi görürlər. Salahın 2025-ci ilin yayında klubu tərk etmək ehtimalı var.
“Liverpul” Pulisiçi transfer etmək istəsə, “Milan”ın futbolçu üçün xərclədiyi məbləği ikiqat artırmalı olacaq.
26 yaşlı yarımmüdafiəçi daha əvvəl İngiltərədə “Çelsi”də çıxış edib.