“Yuventus”un idman direktoru Kristiano Gintoli hücumçu Duşan Vlahoviçlə müqaviləni uzatmaq niyyətində olduqlarını açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəsmisi serbiyalı futbolçunun böyük potensialı olduğunu bildirib:
“Vlahoviçin böyük perspektivləri, böyük potensialı var. Əminəm ki, biz razılığa gəlib yeni müqavilə imzalayacağıq”.
Vlahoviç 2022-ci ildən “Yuventus”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ildə başa çatacaq.
24 yaşlı forvard bu mövsüm A Seriyasında 5 oyun keçirib, 2 qol vurub.