COP29

Yeni baş məşqçi rəhbərlikdən xahiş etdi - Bu hücumçunu alın

18 İyun 00:20 İtaliya 2 649
Yeni baş məşqçi rəhbərlikdən xahiş etdi - Bu hücumçunu alın

“Yuventus”un yeni baş məşqçisi Tiaqo Motta rəhbərlikdən özünün əvvəlki iki mövsümdə çalışdırdığı “Bolonya”dan hücumçu almağı xahiş edir.

Sportinfo.az “Il Corriere dello Sport”-a istinadə xəbər verir ki, Motta gənc niderlandlı futbolçuda böyük potensial gördüyü üçün Coşua Zirkze ilə “Yuventus”da yenidən bir yerdə çalışmaq istəyir.

Zirkze hazırda Almaniyada keçirilən Avropa çempionatında Niderland millisinin heyətindədir.

23 yaşlı forvard son İtaliya çempionatında 11 qol vurub, 4 məhsuldar ötürmə edib. Futbolçu ilə İngiltərə Premyer Liqasının klubları da maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO