![Təxirə salınmış oyunda böyük hesabla uduzdular - VİDEO](https://www.sportinfo.az/media/2025/02/07/inter.jpg)
İtaliya A seriyasında 14-cü turun təxirə salınmış matçı keçirilib.
Sportinfo.az xəbər verir ki, “İnter” səfərdə “Fiorentina” ilə üz-üzə gəlib.
Matç ev sahiblərinin 3:0 xeyrinə başa çatıb.
Bu oyundan sonra “Fiorentina” 42 xalla dördüncü pilləyə yüksəlib. “İnter” 51 xalla ikinci yerdədir və lider “Napoli”dən 3 xala geri qalır.