
“Yuventus”un futbolçusu Kenan Yıldız İngiltərə Premyer Liqasında oynaya bilər.
Sportinfo.az xəbər verir ki, “Çelsi” türk oyunçunu transfer etmək istəyir.
London klubu Kenan üçün 100 milyon avro ödəməyə hazırdır.
“Arsenal”, “Liverpul”, “Mançester Siti” və “Mançester Yunayted” də 19 yaşlı vingerlə maraqlanır.
Türkiyə millisinin üzvü olan Kenan Yıldız bu mövsüm “Yuventus”un heyətində keçirdiyi 46 oyunda 8 qol vurub, 5 qol ötürməsi edib.