
“Yuventus” mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, bir sıra futbolçularla yollarını ayıra bilər.
Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, turinliləri tərk edəcək oyunçular arasında bu futbolçuların adı hallanır:
Andrea Kambiaso, Federiko Qatti, Mattia Perin, Duşan Vlahoviç, Françisko Konseysao, Randal Kolo-Muani
Hazırda “Yuventus” A Seriyasında 33 turdan sonra 59 xalla 5-ci pillədə qərarlaşıb və komandanı Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdən cəmi bir xal ayırır.
Turinlilər növbəti turda evdə “Monza” ilə qarşılaşacaq.