Baş məşqçi klub rəhbərliyindən neçə transfer istədi?

25 Aprel 21:40 İtaliya 102
Baş məşqçi klub rəhbərliyindən neçə transfer istədi?

“Napoli”nin baş məşqçisi Antonio Konte klub rəhbərliyinə müdafiə xəttini gücləndirmək istəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

Konte, Conni de Vinter (“Cenoa”), Omar Sole (“Udineze”) və Sam Boekema (“Bolonya”) kimi mərkəz müdafiəçilərini bəyənir.

Məlumata görə, klub artıq bu üçlükdən birinin mümkün transferi üzərində işləyir.

“Napoli” artıq “Empoli”dən Luka Marianuççiyə görə 10 milyon avro ödəyib, lakin 20 yaşlı futbolçu hələlik əsas oyunçu sayılmır.

Hazırda 33 matçda 71 xal toplayan “Napoli” A Seriyasında çempionluq uğrunda mübarizəni davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!