Ölkə çempionatının oyunları təxirə salındı - Papanın ölümünə görə

18:20 İtaliya 128
Ölkə çempionatının oyunları təxirə salındı - Papanın ölümünə görə

İtaliya çempionatının aprelin 21-nə planlaşdırılan oyunları Roma Papası Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə A Seriyası rəsmi açıqlama yayıb.

Təxirə salınan matçların tarixləri daha sonra açıqlanacaq.

Bu gün A Seriyasında keçirilməsi planlaşdırılan oyunlar “Torino” – “Udineze”, “Kalyari” – “Fiorentina”, “Genoa” – “Latsio” və “Parma” – “Yuventus” matçları idi.

Digər Xəbərlər
Xəbər Lenti