“Milli komanda ilə qalib gəlmək tamam başqa şeydir”

11 Aprel 15:40 İtaliya 227
“Milli komanda ilə qalib gəlmək tamam başqa şeydir”

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini yığma ilə işləməyi karyerasının ən yaxşı təcrübəsi adlandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Düşünürəm ki, İtaliya millisinin çox yaxşı komandası var. Əsasən, bu oyunçuların hamısı mənim rəhbərliyimdə debüt ediblər və onların uğur qazanacağına əminəm.

Bu mənim ən yaxşı təcrübəm idi. Milli komanda ilə qalib gəlmək tamam başqa şeydir”.

Mançini 2018-2023-cü illərdə İtaliya millisində çalışıb. Onun rəhbərliyi altında komanda AÇ-2020-nin qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti