
“Milan”da icarə əsasında çıxış edən “Mançester Siti”nin müdafiəçisi Kayl Uolker İngiltərə klubu ilə müqaviləsini qətiyyən uzatmayacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu hələ ki, ingiltərəli futbolçu ilə nə edəcəyinə qərar verməyib.
Milanlılar yeni rəhbərliyin qərarını gözləyirlər.
Uolkerin icarə müqaviləsində onun prioritet alınması üçün seçim də var. O, bu mövsüm bütün klub yarışlarında 30 oyun keçirib.
34 yaşlı oyunçunun transfer dəyəri 6 milyon avrodur.