
Uels Premyer Liqasında çıxış edən “Reksem” klubu Zlatan İbrahimoviçə karyerasını bərpa etməsi üçün təklif göndərməyi planlaşdırır. Komandanın hazırkı sahiblərinin onun inkişafı ilə bağlı iddialı planları var və sonda İngiltərə Premyer Liqasına çıxmağa ümid edirlər.
Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, “Reksem”in keçmiş oyunçusu Matt Jansen deyir ki, klub hazırda “Milan”da çalışan 40 yaşlı isveçli sabiq futbolçunu yenidən meydana qaytarmaq üçün böyük məbləğdə pul xərcləməyə hazırdır:
“Bu, Hollivud olardı və o bunu sevərdi, elə deyilmi? Klub həmçinin, “Nottingem Forest”də çıxış edən Kris Vud kimi qətiyyətli bir oyunçudan istifadə edə bilər.
Ancaq o, çətin ki, hazırkı komandasını tərk etmək istəsin”.