
“Mançester Yunayted”in sabiq çalışdırıcısı Erik ten Haq “Roma” – “Yuventus” matçında iştirak edib.
Komandalar A Seriyasının 31-ci turunda heç-heçə oynayıblar (1:1). Matç Romada keçirilib.
Sportinfoaz “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis “Roma”nın səfər tribunasında olub.
“Mançester Yunayted”in sabiq çalışdırıcısı gələcəyi ilə bağlı suallara cavab verməmək üçün onu tanıyan azarkeşlərlə danışmamağa üstünlük verib.
Ten Haqın ətrafının məlumatına görə, hazırda onlarla “Roma”nın rəhbərliyi arasında heç bir əlaqə yoxdur. Bunun “vacib matçı izləmək üçün İtaliyaya sadə səfər” olduğu deyilir.
“Roma”nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Klub italiyalı mütəxəssisə xələf axtarır.