Keçmiş baş məşqçisini geri qaytarmaq istəyir

7 Aprel 18:20 İtaliya 172
Keçmiş baş məşqçisini geri qaytarmaq istəyir

“Napoli”nin baş məşqçisi Antonio Kontenin “Yuventus”a qayıdacağı ilə bağlı şayiələr qalmaqda davam edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi komandanın İqor Tudorun rəhbərliyi altında çıxışından razı olsa da, mövsüm başa çatdıqdan sonra yeni baş məşqçi təyin etmək imkanını hələ də nəzərdən keçirir.

“Yuventus”un rəhbərliyi hələ də Konteni geri qaytarmaq arzusundadır və belə bir ssenari olduqca real hesab olunur.

Tərəflərin yenidən birləşmə ehtimalı 40 faiz qiymətləndirilir. Yayda “Atalanta”dan ayrılmağı düşünən Can Pyero Qasperininin təyinat variantı da istisna edilmir.

Antonio Konte 2011-2014-cü illərdə “Yuventus”u çalışdırıb. Onun “Napoli” ilə müqaviləsinin müddəti 2027-ci ilə kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 08:20 “Uduzmaq istəmirdik"