“İşimə nifrət etdiyim adi bir gün oldu, son anda planı dəyişmək məcburiyyətində qaldım”

31 Mart 20:50 İtaliya 222
“İşimə nifrət etdiyim adi bir gün oldu, son anda planı dəyişmək məcburiyyətində qaldım”

“Napoli”nin baş məşqçisi Antonio Konte heyətdəki problemlərdən və öz səhhətindən danışıb.

Neapol komandası dünən A Seriyası matçında evdə “Milan”ı məğlub edib (2:1).

Kontenin yetirmələri oyunun başlamasına az qalmış zədələnən yarımmüdafiəçi Skott Maktomineysiz qalıblar.

Sportinfo.az DAZN-a istinadən xəbər verir ki, “Napoli”nin italiyalı baş məşqçisi Maktomineyi son anda itirdiklərini bildirib:

“Son anda Maktomineyi itirdik, ona görə də tez taktika dəyişməli oldum. “Milan”la oyuna 4-4-2-də başlamalı idik,

Skott soldan gəlməli idi. İşimə nifrət etdiyim adi bir gün oldu. Komandanı oyuna hazırlayırdım, amma son anda planı dəyişmək məcburiyyətində qaldım. Hətta başım ağrıdı”.

“Napoli” A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti