
“Yuventus”un sabiq qapıçısı Canluici Buffon İqor Tudorun Turin klubuna baş məşqçi təyin olunmasına münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu xəbərə görə şad olduğunu deyib:
“Tudorun arzusunun gerçəkləşməsinə və onun “Yuventus”un baş məşqçisi olmasına şadam.
Tiaqo Mottanın istefası? Komandada nəyinsə səhv olduğu hissi var idi. Bu, futbolda olur”.
Tiaqo Motta 2024-cü ilin yayından 2025-ci ilin martına qədər Turin komandasına rəhbərlik edib.
“Yuventus” İtaliya çempionatının 29 turundan sonra 52 xal toplayıb və turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.