Texniki direktoru qovacaqlar? - “Səni seçdiyimə görə utanıram” deyib

28 Mart 20:50 İtaliya 311
Texniki direktoru qovacaqlar? - “Səni seçdiyimə görə utanıram” deyib

“Yuventus”un texniki direktoru Kristiano Gintoli tezliklə qovula bilər.

Turin klubu bu yaxınlarda baş məşqçi Tiaqo Mottanın istefasını elan edib və onun yerinə İqor Tudor təyin olunub.

Gintoli italiyalı məşqçiyə “səni seçdiyimə görə utanıram” deyib.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, eyni aqibət tezliklə futbol funksionerinin də başına gələ bilər.

Klub rəhbərliyi cari mövsümdəki zəif nəticələrdən sonra bu ehtimalı ciddi şəkildə nəzərdən keçirir.

“Yuventus” A Seriyasında 29 turdan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda şənbə günü öz meydanında “Cenoa” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti