
“Yuventus” yeni baş məşqçisinin adını açıqlayıb.
xorvatiyalı mütəxəssi İqor Tudor mövsümün sonuna kimi klubun sükanı arxasına keçib.
Tudor 1998-2007-ci illərdə “Yuventus”da oynayıb. O, “qoca sinyora”nı Çempionlar Liqasına yüksəldə bilsə, müqavilə müddəti bir il daha uzadılacaq.
Turin klubu yeni məşqçisi ilə şənbə günü “Genoa” ilə qarşılaşmada debüt edəcək.
Bir vaxtlar “at oynadan” “Yuventus” bir neçə ildir uğursuz nəticələrlə yadda qalır. İş o yerə çatıb ki, artıq komanda Seria A-da ilk dörtlüyə düşməyə də çətinlik çəkir.
Bu səbəbdən klub ardıcıl bir neçə məşqçi dəyişsə də, hələ ki, özünə gələ bilmir.
İqor Tudor qarşısına qoyulan əsas öhdəliklərdən biri də klubun ən azı Çempionlar Liqasına vəsiqə əldə etməsinə nail olmaqdır.