“Mən özümü onunla müqayisə etmək istəmirəm”

23 Mart 01:30 İtaliya 202
“Mən özümü onunla müqayisə etmək istəmirəm”

“Roma”nın və İtaliya yığmasının sabiq hücumçusu Françesko Totti argentinalı mərhum futbolçu Dieqo Maradona ilə müqayisə edilməsinə münasibət bildirib.

Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, bunu deyib:

“Mən özümü Maradona ilə müqayisə etmək istəmirəm. Onunla heç kim müqayisə oluna bilməz.

Dairəvi top Maradonadır, qalan hər şey ikinci plandadır”.

Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb. Keçmiş futbolçu 1992/1993 mövsümündən 2017/2018 mövsümünə kimi Roma klubunda oynayıb.

O, bu müddətdə bütün turnirlərdə 783 oyunda iştirak edib, 307 qol vurub, 209 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 03:50 Bakıdan sonra Burqas