“Barselona”ya keçməkdə maraqlıdır - “Atalanta”nın hücumçusu

23 Mart 00:20 İtaliya 195
“Barselona”ya keçməkdə maraqlıdır - “Atalanta”nın hücumçusu

“Atalanta”nın hücumçusu Ademola Lukman cari mövsümün sonunda İtaliya klubunu tərk edə bilər.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, nigeriyalı futbolçu karyerasını İspaniya çempionatında davam etdirmək istəyir. O, “Barselona”ya keçməkdə maraqlıdır.

Lukmanın “Atalanta” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, bu mövsüm 32 matçda iştirak edib, 18 qol vurub və 7 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 03:50 Bakıdan sonra Burqas
22 Mart 18:10 Bu da Santusla İLK!