“O, yaxşı məşqçidir, amma bu kluba yaraşmır” – Getməsini istəyir

00:10 İtaliya 110
“O, yaxşı məşqçidir, amma bu kluba yaraşmır” – Getməsini istəyir

Keçmiş hücumçu Antonio Kassano Tiaqo Mottanın “Yuventus”dakı işi haqqında fikirlərini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq oyunçu Mottanın “Yuventus”a yaraşmadığını deyib:

“Mottanın rəhbərliyi altında yeddi ay ərzində “Yuventus” getdikcə pisləşdi, ancaq son iki həftə isə sadəcə fəlakətli oldu. Motta yaxşı məşqçidir, amma o, bu kluba yaraşmır. Mən onun ideyalarını komandanın oyununda görmürəm”.

Turinlilərin A Seriyasının son oyununda “Fiorentina”ya ağır məğlubiyyətindən (0:3) sonra Mottanın gələcəyi İtaliyada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Komanda bir həftə əvvəl “Atalanta”ya darmadağın olub (0:4), ondan əvvəl isə Çempionlar Liqası və İtaliya kubokundan kənarlaşdırılıb.

“Yuventus” A Seriyasının turnir cədvəlində 5-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi