"Klubun nə istədiyini başa düşmək mənim üçün çətindir - Kim nəyə qərar verir?"

00:10 İtaliya 67
"Klubun nə istədiyini başa düşmək mənim üçün çətindir - Kim nəyə qərar verir?"

“Milan”ın keçmiş baş məşqçisi Fabio Kapello etiraf edib ki, Zlatan İbrahimoviçi klubda hökm sürən xaosda günahkar hesab edir.

Sportinfo.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, İbrahimoviçin klubdakı rolunu anlamaqda çətinlik çəkdiyini bildirib:

“Klubun nə istədiyini başa düşmək mənim üçün çətindir. Kim nəyə qərar verir?

Məsələn, mən Zlatan İbrahimoviçin rolunu tam başa düşmürəm. İndi oxudum ki, onlara artıq idman direktoru lazımdır. Yaxşı, amma hansı səlahiyyətlərlə?”

İbrahimoviç “Milan”da idarəetmə strukturunu formalaşdıran bir mövqe tutur.

Digər Xəbərlər
Xəbər Lenti
15 Mart 11:20 Bu, cəsarət istəyir!
15 Mart 08:20 Qeyrət üçün 50 manat