“Təbii ki, onların belə oyun görəndə bizi ələ salmağa haqqı var”

01:30 İtaliya 65
“Təbii ki, onların belə oyun görəndə bizi ələ salmağa haqqı var”

“Yuventus”un futbolçusu Manuel Lokatelli azarkeşlərin komandanı ələ saldığını etiraf edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Atalanta” ilə matçdan sonra bunları deyib:

“Penaltiyə qədər yaxşı oynadıq, lakin fasilədən dərhal sonra ikinci qolu buraxanda onlar “xalça”nı altımızdan çıxardı.

Nəinki reaksiya vermədik, həm də daha da fürsət verdik ki, bu da rəqibin işini asanlaşdırdı. Təbii ki, azarkeşlərin belə oyun görəndə bizi ələ salmağa haqqı var.

Mən həmişə gənc futbolçulara deyirəm: unutmayın ki, biz gənc komandayıq və bu, bizə kömək etmir, amma tribunadakı ab-hava yalnız bizdən və çıxışımızdan asılıdır.

Biz “Atalanta”nın haqqını verməliyik. Onlar güclü idilər. Onlar qalib gəldilər və əks-hücumlarda yaxşı çıxış etdilər.

Biz yüz faiz bunu düzəltməliyik və məşqlərdə işləməyə davam etməliyik. Bu, irəliyə doğru yeganə yoldur”.

Turin klubu 28-ci turda evdə “Atalanta”ya 0:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti