
İtaliya A Seriyasında 27-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Roma" doğma meydanda “Komo” ilə üz-üzə gəlib.
Paytaxt təmsilçisi bu görüşdə rəqibini 2:1 hesabı ilə məğlub edərək çempionatda ardıcıl 4-cü qələbəsini qazanıb.
58 xalla “İnter”in vahid lider olduğu turnir cədvəlində "Roma" 43 xalla 8-cu pillədə qərarlaşıb.
"Roma" - "Komo" 2:1
Qollar: A.Saelemaerkers,61, A.Dovbuk,76, - L.Da Kunha,44