Premyer Liqadan 2 klubun maraq dairəsindədir – Serbbiyalı hücumçu

01:40 İtaliya 182
Premyer Liqadan 2 klubun maraq dairəsindədir – Serbbiyalı hücumçu

“Yuventus”un hücumçusu Duşan Vlahoviçə İngiltərə Premyer Liqasının top-komandaları arasında tələbat var.

Sportinfo.az “Caught Offside”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” serb hücumçu uğrunda mübarizəyə qoşulmağa qərar verib.

“Qırmızı şeytanlar” Vlahoviçi onun xidmətində maraqlı olan “Arsenal”dan qoparmaq istəyir. “Yuventus” da öz növbəsində, hücumçusu üçün 60 milyon avro təklif etsələr, onunla ayrılmağa hazırdır.

25 yaşlı forvard bu mövsüm turinlilərin heyətində 32 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti