
İtaliya A Seriyasında XXVI turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Napoli" səfərdə "Komo" ilə qarşılaşıb.
Neapol təmsilçisi rəqibinə 1:2 uduzduğu üçün liderliyi də itirib.
Belə ki, hazırda A seriyasının turnir cədvəlinə 57 xalla "İnter" rəhbərlik edir. "Napoli" isə 56 xalla ikinci pillədədir.
"Komo" – "Napoli" 2:1
Qollar: Rahmani 7 (avtoqol), Diao 77 - Raspadori 17