Türkiyəli hücumçunu kiminlə əvəzləmək istəyir? - “Yuventus”

22 Fevral 18:40 İtaliya 517
Türkiyəli hücumçunu kiminlə əvəzləmək istəyir? - “Yuventus”

“Yuventus” “Atalanta”nın hücumçusu Ademola Lukmanla maraqlanır.

19 yaşlı Kənan Yıldız “Yuventus”un əsas heyətində yerini itirib və çox güman ki, qarşıdakı transfer pəncərəsində klub dəyişikliyini düşünəcək.

Sportinfo.az “calciomercato”-ya istinadən xəbər verir ki, turinlilər türk oyunçu ilə yollarını ayırsa, “Atalanta”nın 27 yaşlı futbolçusunu almağa çalışacaq.

“Transfermarkt”da Kənan Yıldızın dəyəri 45 milyon avrodur. Lukmanın eyni portaldakı qiyməti isə 55 milyon avro göstərilib.

Nigeriyalı forvard bu mövsümdə Can Pyero Qasperininin komandasında 28 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 13:40 “Mən vacib deyiləm”