Kim istəyir? - Onun yay transfer bazarındakı qiyməti daha yüksək olacaq

00:10 İtaliya 144
Kim istəyir? - Onun yay transfer bazarındakı qiyməti daha yüksək olacaq

“Milan” hücumçu Rafael Leao üçün təkliflərə açıq olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

“Barselona” və “Çelsi” kimi klublar uzun müddətdir ki, Leaoya maraq göstərir.

25 yaşlı futbolçunun dəyəri 75 milyon avro qiymətləndirilir. Onun yay transfer bazarındakı qiyməti daha yüksək olacaq.

Daha əvvəl mətbuat “Milan”ın portuqaliyalı forvardın satışından əldə ediləcək pulu “Çelsi”dən icarəyə götürdüyü Joao Feliksi almaq üçün istifadə edəcəyini yazmışdı.

Leao 2024/25 mövsümündə “Milan”ın heyətində 35 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"