Prezident gənclər və idman nazirinin səlahiyyətlərini artırdı

01:10 İtaliya 269
Prezident gənclər və idman nazirinin səlahiyyətlərini artırdı

Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb.

Sportinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyev imzaladığı Fərmanla “Azərbaycanın Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Nazirin səlahiyyətləri sırasına dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürmək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək və nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər vermək daxil edilib.

Digər Xəbərlər
Xəbər Lenti