Öncə icarəyə götürdüyü müdafiəçini indi transfer etdi - "Yuventus”

18 Fevral 18:20 İtaliya 638
Öncə icarəyə götürdüyü müdafiəçini indi transfer etdi -

“Fiorentina”dan icarəyə götürülən cinah müdafiəçisi Nikolas Qonzales “Yuventus”un tam futbolçusu olacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 26 yaşlı futbolçunu müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə almaq öhdəliyi ilə cari mövsümün sonuna qədər icarəyə götürüb.

Bu şərtlər artıq yerinə yetirilib.

Argentinalı müdafiəçi “Fiorentina”ya qayıtmayacaq. “Yuventus” onun transferi üçün 30 milyon avro ödəyəcək ki, bunun da 5 milyonu bonus olacaq. “Bənövşəyilər” avqustda icarə üçün daha 8 milyon avro alıblar.

Qonzalesin “Yuventus”la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir və onun maaşı ildə təxminən 3,3 milyon avro olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”