
“Komo” “Milan”ın müdafiəçisi Teo Hernandesi heyətinə qatmaq istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun baş məşqçisi Sesk Fabreqas fransalı üçün 47 milyon avro təklif edilməsinə razıdır.
Oyunçunun özünə isə 7 milyon avro maaşla 2029-cu ilə qədər olan müqavilə təklif olunur. “Milan” müqaviləni yekunlaşdırmağa hazır olsa da, Hernandes özü keçiddən imtina edir.
27 yaşlı müdafiəçi bu mövsüm 33 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.