“Yuventus” uruqvaylı müdafiəçini transfer etmək istəyir - “Barselona”dan

15 Fevral 15:40 İtaliya 302
“Yuventus” uruqvaylı müdafiəçini transfer etmək istəyir - “Barselona”dan

Uruqvay millisinin və “Barselona”nın 25 yaşlı müdafiəçisi Ronald Arauxonun karyerasını İtaliya çempionatında davam etdirmək variantı var.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Yuventus” uruqvaylı futbolçunu transfer etmək istəyir.

Turin klubunun rəhbərliyi yay transfer pəncərəsində Arauxonu almaq üçün cəhd edəcək. Onun bazar dəyəri 55 milyon avrodur və “Barselona” ilə müqaviləsi 2031-ci ilin ortalarına qədərdir.

O, zədə səbəbindən cari İspaniya çempionatında cəmi 3 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti