Mövsümdə 4,5 milyon avro qazanan oyunçunu saxlamaqda həvəsli deyil

15 Fevral 10:20 İtaliya 334
Mövsümdə 4,5 milyon avro qazanan oyunçunu saxlamaqda həvəsli deyil

“Milan”ın yaxın keçmişdə komandanın əsas oyunçularından biri olan Teo Hernandeslə müqaviləsinin müddətini uzadacağı ehtimalı getdikcə çətin görünür.

Sportinfo.az “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu öz imkanlarından aşağı çıxış edir və bu səbəbdən klub rəhbərliyi bahalı oyunçunu komandada saxlamaqda həvəsli deyil.

Bundan əlavə, Hernandesin baş məşqçi Serjio Konseysao ilə münasibəti də yaxşı deyil və bu da onun komandadan gedişini sürətləndirə bilər.

27 yaşlı müdafiəçinin “Milan”la hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq və o, hazırda mövsümdə 4,5 milyon avro qazanır. Hernandes 2019-cu ildən bu klubda çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti