![7 həftə əvvəl qovulduğu klubun baş məşqçi postuna qayıtdı](https://www.sportinfo.az/media/2025/02/10/nesta.jpg)
İtaliya millisinin sabiq futbolçusu Alessandro Nesta 7 həftə əvvəl qovulduğu A Seriyası təmsilçisi “Monza”nın baş məşqçisi postuna qayıdıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis bu postdan ayrılan Salvatore Bokkettini əvəzləyib.
Nesta dekabrın 23-də vəzifəsindən kənarlaşdırılmışdı. Komanda onun baş məşqçi olduğu dönəmdə 17 görüşdə 7 heç-heçə edib, 9 görüşdə uduzub.
“Monza” 16 xalla A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.