Komandasını tanınmış qapıçı ilə gücləndirmək istəyir

00:00 İtaliya 272
Komandasını tanınmış qapıçı ilə gücləndirmək istəyir

“Komo”nun baş məşqçisi Sesk Fabreqas komandasını ulduz qapıçı ilə gücləndirmək istəyir.

Sportinfo.az “Todofichajes”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis hazırda İtaliyanın digər klubu “Fiorentina”da çıxış edən 34 yaşlı həmyerlisi David de Xea ilə maraqlanır.

“Komo” bu mövsümün sonunda De Xea ilə müqavilə imzalaya bilər. Futbolçu azad agent ola bilər, çünki onun “bənövşəyilər”lə müqaviləsi 2025-ci ilin iyununun sonunda başa çatacaq. İspan qapıçının transfer dəyəri 5 milyon avro qiymətləndirilir.

De Xea İtaliya çempionatının bu mövsümündə 20 oyun keçirib, 20 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO