COP29

Ximenesi gətirdi, Kalabriyanı icarəyə verdi - “Milan”

01:30 İtaliya 57
Ximenesi gətirdi, Kalabriyanı icarəyə verdi - “Milan”

“Feyenoord”un və Meksika millisinin hücumçusu Santyaqo Ximenez “Milan”a transfer olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı forvard yeni klubu ilə 2029-cu ilə qədər müqavilə bağlayıb. O, “Milan”da 7 nömrəli forma altında çıxış edəcək.

Ximenez cari mövsümdə “Feyenoord”un heyətində 19 oyunda 16 qol vurub. Futbolçu Meksika yığmasında 32 qarşılaşmada 4 dəfə fərqlənib.

“Milan”ın müdafiəçisi Davide Kalabriya isə “Bolonya”da çıxış edəcək. 28 yaşlı oyunçu cari mövsümün sonuna qədər icarə əsasında “qırmızı-göylər”in şərəfini qoruyacaq.

Kalabriya 2015-ci ildən “Milan”ın formasını geyinir və bu müddət ərzində 272 oyuna çıxıb, 10 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 02:20 Aqibəti necə olacaq?